Bu şəhərdəki bütün taksilər benzinlə deyil, elektriklə işləyir-Foto

Bu şəhərdəki bütün taksilər benzinlə deyil, elektriklə işləyir-Foto
Çin Xalq Respublikasının Sincan şəhərində fəaliyyət göstərən qeydiyyatlı taksilər elektrik enerjisi ilə işliyən maşınlar ilə əvəz edilib. Şəhərdə taksilərin 99% elektrik enerjisi ilə işləyən maşınlardan ibarətdir.
Sincan Bələdiyyəsi Nəqliyyat Komitəsi, 2019-cu ildən şəhərdə taksi kimi fəaliyyət göstərən 21 min 689 maşın ələktrik enerjisiylə işləyən avtomobilə çevrildiyini bildirib.

Ölkənin əhəmiyyətli texnologiya və ticarət mərkəzlərindən hesab edilən və 12,5 milyon əhalisi olan şəhər, şimalda yerləşən və 4,3 milyon əhalisi olan Taiyuan şəhərindən sonra taksiləri elektrikli avtomobilə çevirən ikinci böyük şəhər hesab edilir.

Elektrik enerjisi ilə çalışan avtomobil istifadəsi ilə karbon emissiya miqdarının 850 min ton azaldılması məqsəd götürülüb.

Çində hava çirkliliyinin qarşısını almaq və alternativ enerji işləri çərçivəsində kütlevi nəqliyyatda elektrikli avtomobillərin istifadəsini yayğınlaşdırma fəaliyyətləri çərçivəsində 2017-ci ildən bəri, Sıncanda daxili marşurut avtobusların hamısında  elektrik enerjisindən istifadə edirlər.


OXŞAR XƏBƏRLƏR