Mingəçevirdə "idarə müdiri" hamını aldadıb - VİDEO
Kriminal
19:39 / 07.01.2019
5326
Mingəçevirdə onlarla vətəndaş işə düzəltmə adı ilə aldadılıb. Sakinlərdən xeyli pul mənimsəyən bir şəxs aradan çıxıb. Mingəçevirdə ofis açıb, özünü Ucar rayon "dəmiryol təmir istismar idarəsi"nin müdiri kimi təqdim edən Hafiz Mikayılov insanların etibarından sui-istifadə edərək onları aldadıb.
Həmin şəxs 50-ə yaxın vətəndaşı aldadaraq işə düzəltmək adı ilə onların xeyli pullarını mənimsəyib.
O, sakinlərdən 700-1200 manat arasında müxtəlif məbləğlərdə pullar alaraq onları dəmiryol idarəsində müxtəlif vəzifələrə təyin edəcəyini bildirib. Üstəlik, həmin şəxslərin adına kart açdırıb və işə getmədən hər ay heablarına müəyyən məbləğdə maaş yatırılacağı vədini verib. Aldadılanlardan biri - Mingəçevir sakini Əsli Qurbanova 750 manat pul verərək, aşpaz köməkçi vəzifəsinə "təyinat alıb". Amma bir neçə ay sonra belə bir işin olmadığını öyrənib.
Hafiz Mikayılov Mingəçevirdə məskunlaşan məcburi köçkün Vüqar Almməmədov və yaxınlarının da 8 min manat pulunu aldadaraq alıb və onları müxtəlif vəzifələrə təyin edəcəyini bildirib.
Mingəçevirdə fəaliyyət göstərən ofisin qarşısına toplaşan sakinlər iddia edirlər ki, Hafiz Mikayılov insanları aldatdıqdan sonra əvvəl paytaxta, daha sonra isə Belarusa qaçıb. Məsələ ilə bağlı hüquq-mühaifizə oraqanalrına müraciət edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: