Volkan Dəmirəl əfv edildi

Volkan Dəmirəl əfv edildi
 Türkiyənin "Fənərbaxça" klubunun qapıçısı Volkan Dəmirəl məsələsinə aydınlıq gətirilib.
 
Sfera.az xəbər verir ki, klubun vitse-prezidenti Semih Özsoya qarşı hörmətsizlik etdiyi üçün əvəzedici komandaya göndərilən "Fənərbağça"nın kapitanı Volkan Dəmirəl əfv edilib.
 
37 yaşlı qolkiper bu gün keçirdiyi mətbuat konfransında klubun prezidenti Ali Koç və vitse-prezidenti Semih Özsoydan üzr istəyib.
 
O, "Fənərbağça" camiəsindən bağışlanılmasını istəyib. Klub Dəmirəli bağışlayıb və o, əsas komandaya qayıdıb. Qeyd edək ki, Volkan 2002-ci ildən İstanbul klubunda çıxış edir.

OXŞAR XƏBƏRLƏR