İran “Instagram”ı yasaqlayır

İran “Instagram”ı yasaqlayır
İran "Facebook” və "Twitter” sosial şəbəkələrindən sonra "Instagram” sosial platformasının da istifadəsini yasaqlayıb.

Bu barədə İran məhkəməsi qərar çıxarıb, ancaq onun tətbiqi hələlik yubadılır.
İran baş prokurorunun müavini Cavad Cavidniya bildirib ki, hökumət platformanı filtrləmək qərarı alıb, ancaq çəkilən xərclərə rəğmən, nəticə almaq mümkün olmayıb.

"Hazırda bu sosial platformaya çıxışın əngəllənməsi üçün lazımi məhkəmə qərarı var. Kiberaləm Yüksək Şurası bu sosial şəbəkəsinin qapadılması yönündə həmfikirdir”, – Cavidniya bildirib.

O qeyd edib ki, "Instagram”ın istifadəsi üçün ölkə hökuməti tərəfindən lazımi icazələr verilməyib, ona görə də birtərəfli şəkildə şəbəkənin bağlanmasına qərar vermək hüququna malikdir:

"Bu yöndə ortaq anlayışın formalaşmasını gözləyirik. Bunun faydasının olmadığını görsək, İran Baş Prokurorluğu lazımi addımları atacaq”.

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...