Azərbaycan futbolunda gülməli olay

Azərbaycan futbolunda gülməli olay
Qambiya milli komandasının üzvü Ebrima Sohnanın "Keşlə” klubundan ayrılmasının detalları məlum olub. Yarımmüdafiəçi mövsümün sonunda başa çatacaq müqaviləsinə xitam verilməsi üçün "Keşlə”nin qarşısına şərt qoyub.

30 yaşlı futbolçu müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün "Keşlə” rəhbərliyindən heç bir məbləğ istəməyib. O, ölkəmizdən gedən zaman kifayət qədər yükünün olduğunu, "Keşlə”dən məhz baqajlarının pulunu ödəməsini tələb edib.  Paytaxt klubunun rəhbərliyi də futbolçunun təklifini qəbul edib.  Beləliklə, "Keşlə” futbolçunun artıq baqajlarının pulunu ödəyərək müqaviləyə xitam verib.

Qeyd edək ki, Sohna Yuri Maksimovun dönəmində "Keşlə”yə cəlb olunub. O, paytaxt təmsilçisinin heyətində Azərbaycan kubokunun qalibi olub.Futbol11.az


OXŞAR XƏBƏRLƏR