FIFA Türkiyə klubuna millimizin üzvünə görə cəza verdi

FIFA Türkiyə klubuna millimizin üzvünə görə cəza verdi
FIFA Türkiyənin "Manisaspor" klubuna tətbiq etdiyi transfer qadağasını qüvvədə saxlayıb.

Buna səbəb Azərbaycan millisinin futbolçusu Ufuk Budak da daxil olmaqla, 4 futboçunun klubun onlara olan borcundan imtina etmək istəməmələridir. Manisa təmsilçisinin rəsmiləri borcu olduğu oyunçulara müraciət etsə də, 28 yaşlı müdafiəçi ilə yanaşı, Bahattin Köse, Nikola Mikiç və Slavko Petroviçdən mənfi cavab alıblar. Futbolçular FIFA-ya göndərdikləri şikayət ərizələrini geri götürməyiblər.

Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk da hazırda bu komandanın heyətində yer alıb.

Qeyd edək ki, hazırda Türkiyənin I Liqasında çıxış edən "Boluspor”a bu yay keçən Ufuk Budak "Manisaspor"da 2017-ci ildə çıxış edib. 

OXŞAR XƏBƏRLƏR