Bank Respublika Lerikdə uşaqlara bayram şənliyi təşkil edib

17:12 / 27.12.2018
3481
Bu il çoxsaylı sosial layihələr həyata keçirən "Bank Respublika”nın kollektivi, "Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə, yeni il öncəsi Lerikdə yerləşən V.İbrahimov adına inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan azyaşlı uşaqların yeni il arzularını həyata keçirərək onlar üçün bayram şənliyi təşkil ediblər.
Şənlikdə bankın əməkdaşları valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan 150-ə yaxın uşaq üçün əsl bayram əhval-ruhiyyəsi yaradaraq onları bayram münasibətilə təbrik edib, bank tərəfindən hazırlanmış bayram sovqatların təqdim etdilər.
Bankdan verilən məlumata əsasən Bank, yeni ildə də müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.