PAŞA Bankın sponsorluğu ilə Barama Regional Sahibkarlıq Konfransı\" baş tutub

15:15 / 27.12.2018
2566
"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə sahibkarlığın inkişafı, həmçinin uğurlu biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
"Azercell Telekom”dan verilən məlumata görə, gənc startapçılara yardımçı olmaq məqsədilə indiyə qədər çoxsaylı layihələr həyata keçirən Mərkəz bu dəfə Gəncə şəhərində Azercell və PAŞA Bankın sponsorluğu, Azərbaycan Texnologiya Universitetinin (UTECA) təşkilatçılığı ilə 25 dekabr 2018-ci il tarixində "Barama Regional Sahibkarlıq Konfransı"nı həyata keçirib.