PAŞA Bank Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafatlandırılıb

14:33 / 27.12.2018
2877
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "Bankçılıq Mükafatları 2018” tədbiri keçirilib.
ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədi ilə keçirilən tədbirdə ölkənin aparıcı korporativ bankı PAŞA Bankın nümayəndələri ilə yanaşı yerli bankların və beynəlxalq maliyyə institutlarının təmsilçiləri, eyni zamanda Assosiasiyanın nəzdində müxtəlif seqmentlər üzrə fəaliyyət göstərən Ekspert Qruplarının rəhbərləri və digər mütəxəssislər iştirak edib.
"Bankçılıq Mükafatları” çərçivəsində ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının il ərzindəki işinin qiymətləndirilməsinin nəticələri də açıqlanıb. 2018-ci ilin nəticəsi olaraq "Ən fəal Ekspert Qrupu” nominasiyası üzrə PAŞA Bankın Hüquq və Komplayns departamentinin direktoru Anar Kərimovun rəhbərliyi altında fəaliyyət göstərən "Komplayns üzrə Ekspert Qrupu” 1-ci yerə layiq görülüb. Qeyd edək ki, keçən il ABA-nın nəzdində fəaliyyət göstərən 9, bu il isə 12 Ekspert Qrupları arasında PAŞA Bankın təmsilçisinin rəhbərliyi altında fəaliyyət göstərən bu Ekspert Qrupu artıq ikinci dəfədir ki, bu nominasiyada qalib gəlir.