WORLDCARD-DAN 2019 MANAT QAZANANLAR MƏLUM OLDU

14:19 / 27.12.2018
2778
Yapı Kredi Bank Azərbaycan QSC Yeni İlin gəlişi ilə əlaqədar olaraq keçirdiyi ənənəvi kampaniyasında qalib gəlmiş şəxslərin balanslarına 2019 Manatları yükləyib. Bankdan verilən məlumata görə, bu kampaniyada ümumilikdə 16,152 AZN müştərilərə hədiyyə edilib. Kampaniya nəticəsində 8 nəfər xoşbəxt qalib Yeni ili sevinclə qarşılayacaqlar.
NECƏ QALİB OLDULAR?
Yapı Kredi Bank Azərbaycan 26 Noyabr-23 Dekabr tarixləri arasında "2019 Manat Qazan!” Kampaniyası keçirmişdi.
Kampaniya çərçivəsində www.2019manatqazan.com saytında həftə ərzində suallara cavab verərək ən çox xal toplayan Worldcard istifadəçiləri 2019 Manat qazanıblar. Eyni tarixlərdə həftə ərzində Worldcard Partnyor Mağazalarında 20.19 AZN və üzəri ən çox sayda əməliyyat etmiş şəxslər həftənin qalibi olaraq balanslarına 2019 Manat yüklətməyi bacarıblar. Hər kampaniya üzrə 4 nəfər olmaqla, ümumilikdə 8 nəfər qalib elan edilib və növbəti ili 2019 Manat Balla birlikdə qarşılayıblar.
Azərbaycanın Qazandıran Kredit Kartı olan Worldcard, hər zaman müştərilərinə fürsətlərlə dolu kampaniyalar həyata keçirir. Siz də qalib olub həyatınızda sevinc dolu anlar yaşamaq istəyirsinizsə, elə indi online şəkildə Worldcard sifarişi edin.