Futbolçu böyüdüyü uşaq evinə 330 min dollar bağışladı
10:46 / 27.12.2018
4534
Dünyanın ən yaxşı dayaq yarımmüdafiəçilərindən biri "Juventus”un və Fransa millisinin üzvü Blez Matyuidi maraqlı addım atıb.
Sfera.az xəbər verir ki, ulduz futbolçu özünün də böyüdüyü uşaq evinə yardım edib. Ulduz futbolçu DÇ-2018-dən əldə etdiyi pul mükafatının bir hissəsini xeyriyyə məqsədilə xərcləyib.
Futbolçu məbləğin 330 min dollarını uşaq evinin hesabına keçirdib.
"Mbappe düz deyir. Biz futbolçular çox pul qazanırıq. 330 min bizim üçün böyük məbləğ deyil. Amma ehtiyacı olanların əlindən tutur. Onları sevindirir. Əsas odur ki, hər şeyi ürəkdən edəsən. Ətrafda baş verənlərə biganə qalmaq olmaz. Uşaqların gülümsədiyini görəndə qəlbim rahatlıq tapır. Məncə, futbolçuların əksəriyyəti xeyriyyəçilik edə bilər. Maddi imkanları buna çatır”,- fransız deyib.