Tural Gəncəliyevdən qondarma mətbuat katibinə CAVAB: “Bu əsarət uzun çəkməyəcək”

Tural Gəncəliyevdən qondarma mətbuat katibinə CAVAB: “Bu əsarət uzun çəkməyəcək”
"Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin başçısının qondarma mətbuat katibi kimi təqdim edən David Babayanın son şərhi ilə bağlı qeyd etmək istərdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların uzun illərdir davam etməsinə baxmayaraq, Azərbaycan tərəfindən pozitiv ismarıclar göndərilsə də, əfsuslar olsun ki, buna erməni tərəfindən həmişə mənfi reaksiya bildirilib".

Bu sözləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib:
  
"Nəzərə alınmalıdır ki, münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunmuş, 1 milyondan artıq qaçqın və məcburi köçkünlər, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlıları öz doğma yurdlarından didərgin düşüb. BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını və bu torpaqlardan zorla qovulmuş insanların öz evlərinə geri qayıtmasını tələb edir.

Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması erməni icması ilə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq. Münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülh və sabitliyi, gələcək dayanıqlı inkişaf yalnız bu yoldan keçir.

Azərbaycan torpaqlarının davam edən işğalı siyasəti Ermənistanı regionda həyata keçirilən layihələrdən kənarlaşdırmış və ilk növbədə, Dağlıq Qarabağdakı aqressiv separatçıların Ermənistanı və erməni əhalisini girov saxlaması üçün şərait yaradıb.

Dağlıq Qarabağın Azərbaycanlı icması inanır ki, bu əsarət uzun çəkməyəcək və hər iki icmanın yenidən birgə yaşayışı nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin sülh və təhlükəsizlik şəraitində davamlı inkişafı təmin olunacaqdır".

OXŞAR XƏBƏRLƏR

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...