Bakı metrosunda ÖLÜM hadisəsi

Bakı metrosunda ÖLÜM hadisəsi
Bakı metrosunda ölüm hadisəsi baş verib.
 
Hadisə metronun "28 May" stansiyasında qeydə alınıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə hadisəni təsdiqləyib:

"Hadisə bu gün saat 16:25 radələrində metronun "28 May" stansiyasında baş verib. Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Nazim Əhmədov stansiyanın platformasında öz əcəli ilə dünyasını dəyişib".
 

OXŞAR XƏBƏRLƏR