Jurnalistin ölümünə görə həbs olunanlardan biri də futbolçu çıxdı
00:16 / 14.08.2015
1829
Jurnalist Rasim Əliyevin döyülməsinə və ölümünə görə həbs olunanlardan daha biri futbolçudu.
Sfera.az fanat.az-a istinadən xəbər verir ki, Cavid Hüseynov, Elşən İsmayılov və Camal Məmmədovla yanaşı, Samir Mustafayev də futbolçu olub.
O, əvvəllər "Rəvan"ın əvəzedici komandasında, "Qala" və "Bakılı" klublarında çıхış edib. Samir Mustafayev son olaraq futzal çempionatında çıхış edib. Belə ki, o, futzal üzrə ölkə çempionatının I liqasında mübarizə aparan "Çevik"in formasını geyinib.