Qəzadan sağ çıxanlar və yaxınlarını itirənlər... - Aldıqları travmalardan necə xilas ola bilərlər?

Qəzadan sağ çıxanlar və yaxınlarını itirənlər... - Aldıqları travmalardan necə xilas ola bilərlər?

Xəbər verdiyimiz kimi, çərşənbə günü səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Sərnişinlər arasında sağ qalanlar və itkiləri olan insanların psixoloji vəziyyəti isə müzakirə obyekti olub.

 

Maraqlıdır, bu insanlarda hansı travmalar yarana bilər və bununla mübarizə üsulu necə olmalıdır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, təyyarə qəzasından sonra şəxslərdə travmatik təcrübənin təsirlərini azaltmaq, emosional vəziyyətlərini yaxşılaşdırmaq və normal həyatlarına qayıtmaq üçün psixoloji dəstəyə ehtiyac var:

 

“İnsanların qəza ilə bağlı hiss etdiyi qorxu, təhdid və itki hissləri psixoloji pozuntuların yaranmasına səbəb olur. Posttravmatik Stress Pozuntusu (PTSP), "Aerofobiya" və digər bənzər fobiyalar, depressiya, narahatlıq və yuxu pozuntuları kimi müşahidələr müəyyən edilir. Psixi sağlamlıq mütəxəssislərinin dəstəyi ilə yaranmış xəstəliyin və ya pozuntunun qarşısını almaq olar. Müşahidə və müalicə prosesini reallaşdırmaq üçün əziyyət çəkən pasiyentlər özlərini rahat və təhlükəsiz mühitdə hiss etməlidirlər. İnsanlarda hər zaman areofobiyanın müxtəlif davranışları özünü büruzə verir. Uçuş qorxusu hər zaman var. Bu qorxunun olması normaldır. Yüngül dərman müdaxiləsi və ya psixoloji məşqlərlə qorxunu minimuma endirmək olar”.

 

Rövşən Nəcəfov qeyd etdi ki, təyyarədə uçmaq düşüncəsinin yaratdığı qorxu isə fobiyadır:

 

“Təcrübə olmadığı halda şəxsdə həyəcan, təşviş kimi hallar kəskinləşirsə, psixoloji dəstək təmin edilməlidir. Təhlükəli halda qorxunun yaranması insanın adekvat halıdır. Hansısa baş vermiş hadisədən sonra uzunmüddətli təşvişin olması artıq patoloji halın yaranmasıdır. Kəskin hal yaşayan şəxslərə isə psixiatr tərəfindən tibbi müdaxilə edilməlidir. Qəzadan sonra mənfi hal yaşayan şəxslərin psixi sağlamlığını dəyərləndirmək üçün həm psixiatr, həm də klinik psixoloq tərəfindən müşahidə və müayinə aparılmalıdır. Qorxu, qəzəb və günahkarlıq kimi güclü emosiyalara qarşı fərdi psixoterapiya planı hazırlanmalıdır. Pasiyentlərin travmatik xatirələrə və ya vəziyyətlərlə tədricən üzləşməsi üçün addımlar atılmalıdır. Ailə üzvləri də psixoloji dəstək proqramında iştirak etməlidirlər. İctimaiyyətdə və mediada psixoloji maariflləndirmə materialları yaymaqla insanlarda yaranmış qorxu və təşvişi azaltmaq olar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İsrailin mərkəzi bölgələrində həyəcan siqnalı verildi

İsrailin mərkəzi rayonlarında raket təhlükəsi barədə xəbərdarlıq edən hava həyəcanı sirenləri işə düşüb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü oldu

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın geniş tərkibdə görüşü başlayıb.   Sfera.az xəbə verir ...

Bazar günü hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   M...

Azərbaycanda iri müəssisələrin çoxu bu regionda cəmlənib - ADLAR

2024-cü ilin sonunda Azərbaycanda 868 ədəd iri müəssisə (sahibkarlıq subyekti - red.) olub.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər ver...

Hakan Fidanı Azərbaycana gətirən əsas SƏBƏBLƏR - ŞƏRH

Türkiyənin xarici işlər naziri Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana gəlib. O, öncə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. Daha sonra ...

Azərbaycanlı deputatın canlı efirdə halı pisləşdi - FOTO

Real TV-nin canlı yayımında deputat Hikmət Babaoğlunun vəziyyəti qəfildən pisləşib, buna görə də proqram yarımçıq dayandırılıb.   Sfera.az modern.az-...