Türk nümayəndə heyəti azad edildi
08:27 / 24.12.2018
2371
İki gün öncə Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin hökumət qüvvələri tərəfindən həbs edilən Türkiyə nümayəndə heyətinin üzvləri həbsdən azad edilib.
Sfera.az xəbər verir ki, nümayəndə heyətinin üzvləri həbsdən sonra verdikləri açıqlamada öz işlərini davam etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, həbs edilənlər Türkiyədən Yəmənə humanitar yardım aparan şəxslər olub. Uzun müddətdir Yəməndə humanitar fəaliyyətlə məşğul olan nümayəndə heyəti Türkiyənin Sanadakı Səfirliyinə təşəkkür edib.