Davudoğlu: Türkiyədə növbədənkənar parlament seçkiləri keçirilə bilər
00:42 / 14.08.2015
1962
“Türkiyədə yenidən seçkiyə getmək zərurəti yaranıb”.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu ilə koalisiya hökumətinin qurulmasına dair uğursuz danışıqlardan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacib olduğunu bildirib.
Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş nazir bildirib ki, hazırda CHP ilə koalisiya hökuməti qurmaq üçün münbit şərait yoxdur.
“Türkiyədə yenidən seçkiyə getmək zərurəti yaranıb. Böyük ehtimalla belə də olacaq. Çünki koalisiya hökuməti qurmaq üçün şərait yoxdur”, - Davudoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.