İlham Əliyev generalı işdən çıxarıb - Yeni təyinat

Siyasət
10:56 / 23.12.2018
9055
Prezident İlham Əliyev dekabrın 18-də general-mayor Asəf Vaqif oğlu Quliyevin Dövlət Sərhəd Xidməti rəisinin müavini – "Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az "Nuhçıxan” agentliyinə istinadən məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Niyaməddin Məhərrəm oğlu Tağıyev Dövlət Sərhəd Xidməti rəisinin müavini – "Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri təyin edilib.