Daha bir tanınmış sənətçimiz dünyasını dəyişdi

23:29 / 22.12.2018
7649
Azərbaycan sənət dünyasına daha bir itki üz verib. Sfera.az xəbər verir ki, qarmon alətinin mahir və nadir ustadlarından biri olan Hacıyev Məmmədağa Şakir oğlu dünyasını dəyişib. Məlumata görə, mərhum gecə yatıb və səhər ayılmayıb.
Qeyd edək ki, Hacıyev Məmmədağa Şakir oğlu çoxlarının sevimlisi olub. O, Şirvan aşıq məktəbinin şahəngşahı, yaradıcısı olub.
Allah rəhmət eləsin!