2 uşaq faciəli şəkildə öldü - Ağdamda
18:10 / 13.08.2015
1896
Ağdamda bir ailənin iki uşağı faciəvi şəkildə ölüb.
Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Təzəkənd köçkün qəsəbəsində məskunlaşan Xanəli Abbasovun iki övladı - 8 yaşlı Bahar və 6 yaşlı Nicat evdə oynayarkən sandığa giriblər.
Üstündə ağır yük olan sandığı açıb çıxa bilməyən uşaqlar havasızlıqdan boğulublar. B. Abbasova elə sandığın içində dünyasını dəyişib.
Onun qardaşı isə xəstəxanaya aparılarkən yolda keçinib.