Rusiya Azərbaycandan keçən bir sıra daşımalar üzrə tarifləri azaldacaq

İqtisadiyyat
13:43 / 22.12.2018
3242
"Rusiya Dəmir Yolları” 2019-2020-ci illərdə Azərbaycana qara metal və taxıl daşımaları tarifini 50 faiz azaldacaq.
Şirkətdən bildiriblər ki, tariflərin formalaşması dəmiryolu daşımalarının rəqabətqabiliyyətliliyinin artırılmasını nəzərdə tutan marketinq qiymətləndirilməsinə əsaslanıb və bu qərar uzunmüddətli xarakter daşıyacaq.
Bu barədə Trend şirkətə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, söhbət Şimali Qafqaz dəmir yolunun "Samur” ötürmə stansiyasında keçməklə Böyük Kəsik – Qardabani (Gürcüstan) yolu ilə daşınan yüklərdən gedir.