Məşhur şirkət 7 min nəfəri işdən çıxardacaq

Dünya
22:35 / 21.12.2018
5831
Dünyanın ən böyük avtomobil istehsalçısı Volkswagen 4 min nəfəri Hannoverdəki, 3 min nəfəri isə Emdendeki zavodlardan olmala cəmi 7 min fəhləni işdən çıxardacağını açıqlayıb.
Volkswagen-in İdarə Heyətinin sədri Herbert Diess, elektrikli avtomobil istehsalına üstünlük veriləcəyini deyərək, bəzi modellərin müxtəlif ölkələrdə istehsal edilməsinə qərar verildiyinə görə fəhlə azaltmaq siyasəti həyata keçirəcəklərini deyib.
Rəhbərlik tərəfindən verilən açıqlamada, Emdendeki zavodda 20 min avrodan az e-kompakt bir avtomobil istehsal ediləcəyi, Hannoverdəki zavodda isə e-avtomobil və elektrikli mikroavtobus olan "ID Buzz" və "Bulli"in istehsallarının davam ediləcəyi qeyd edilib.