Baş keşiş də agent imiş...

Baş keşiş də agent imiş...
Latviyann milli arxivi SSRİ-nin xüsusi xidmət orqanı olan KQB-nin sənədlərini açıb.
 
Sfera.az bildirir ki, arxivin saytına yerləşdirilən sənədlərlə tanış olan jurnalistlər nəinki keçmiş, hətta indiki siyasətçilər, ictimai xadimlər barədə sensasiyalı məlumatlarla rastlaşıblar.
 
Ümumilikdə 10 mindən çox sənəd ictimaiyyətə açıqlanıb. Sənədlərin arasında telefon kitabçaları, agentlərin kartotekaları, narmotiv sənədlər, əkskəşfiyyat lüğətləri, təlimatlar və iclasların hesabatları var.
 
Latviya hökuməti arxivlərin açılacağını hələ oktyabr ayında bəyan etmişdi. Bu barədə Latviya Seymi sənəd qəbul edib:
 
"KQB sənədlərinin açılması avtoritarizmin yenidən bərqərar olunmasının qarşısının alınması, insanlıq əleyhinə işlənən cinayətlərin mühakiməsi və demokratik dövlət və cəmiyyət quruculuğunun inkişafına yardım etmə məqsədilə həyata keçirilir”.
 
Latviya milli arxivi gələn il mayın birində başqa sənədləri də yayımlayacağını bildirib. Həmin sənədlərin daha çox sensasiyaya səbəb olacağı bildirilir. Aşkar olunan sənədlərə görə Latviyanın məşhur bəstəkarı Raymond Paulus, deputat İqor Piemenovun və Moskva Patriarxlığına bağlı Latviya Pravoslav Kilsəsinin rəhbəri Aleksandr ata (Kudryaşov) da KQB-nin agentləridir. Din xadimi sənədlərdə "Çitatel" adıyla qeyd olunubmuş. 
 

OXŞAR XƏBƏRLƏR