Paşinyan ilk ciddi sınağına hazırlaşır - Putini razı sala bilməsə...

Paşinyan ilk ciddi sınağına hazırlaşır - Putini razı sala bilməsə...
Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya səfərə gedir.
 
Sfera.az xəbər verir ki, bu barədə "Novosti-Armeniya” xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, o, dekabrın 27-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
 
Səfərin məqsədi Rusiyadan idxal edilən qazın qiyməti barədə danışıqlar aparmaqdır.
 
Xatırladaq ki, Qazprom şirkəti Ermənistana ixrac olunacaq qazın qiymətinin glən ilin yanvarın birindən 50% artırılacağı barədə məlumat yayıb. Onsuz da iqtisadi cəhətdən pis vəziyyətdə olan Ermənistan üçün bu yeni artım əlavə çətinliklər yaradacaq. Rusiya 2016-cı ilin aprelində Ermənistana satdığı qazın qiymətini 165 dollardan 150 dollara endirmişdi. Ancaq bu ilin aprelində iki ökə arasında baş vermiş gərginlik hələ də davam etdiyindən Rusiya Ermənistanla münasibətlərə yenidən baxmağa başlayıb.
 
Erməni agentliyi qiymətin dəyişməyəcəyinə ümid edir: "Hər şey Paşinyanla Putin arasında baş tutacaq görüşdən asılıdır. Bu Paşinyanın ilk ciddi sınağıdır. Gəlinən nəticə onun gələcək karyerasına təsir edəcək".
















Konuşma Sonu







Bir mesaj yaz...










 

OXŞAR XƏBƏRLƏR