Erməni milyarder Argentinada həbs edildi
10:55 / 21.12.2018
1956
Argentinada erməni milyarder həbs edilib. Sfera.az xəbər verir ki, Argentinada erməni əsilli milyarder Eduardo Ernekianın evində axtarış aparan polis onu həbs edib.
Buenos Ayres polisi, məhkəmə qərarı ilə iş adamı Eduardo Ernekianın çevriliş etməkdə, dövlət məmurlarına rüşvət verməkdə ittiham edərək həbs edib.
Latın Amerikasının ən böyük sahibkarlarından biri olan milyarder Ernekiana məxsus "Corporacion América" şirkətinin ofislərində də axtarışlar aparılıb .