Kainatın ölüm vaxtı açıqlandı
Astronomlar ilk dəfə Kainatda ulduzların sönmə sürətini qiymətləndiriblər.
Sfera.az publika.az-a istinadən bildirir ki, alimlər tədqiqatların nəticələrini Beynəlxalq Astronomiya İttifaqının ABŞ-ın Havay ştatında keçirilən konfransında açıqlayıblar.
Elmi iş "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc edilib. Tədqiqatların nəticələrinə əsasən, ulduzların şüalanma intensivliyi son 2,3 milyard ildə iki dəfə azalıb. Astronomların fikrincə, kainatda təxminən 100 trilyon il sonra son ulduzlar da sönəcək.
İddiaya görə, kvadrilyon il sonra planetlər olmayacaq. On kvadrilyon il sonra neytron və cırtdan ulduzlar ağır çəkili qara deşiklərlə birləşəcək, daha sonra isə kainat Xokinq şüaları nəticəsində öz mövcudluğunu dayandıracaq.
Kainatın tədricən öldüyü elmə hələ 1990-cı illərdə məlum idi. Ancaq astronomlar ilk dəfə bu prosesin tempini ölçməyi bacarıblar.
Tədqiqatçılar müşahidələrini yerüstü İngilis-Avstraliya, VLT Survey Telescope, VISTA (Visible and Infrared Survey Telescope for Astronomy), ASKAP (Australian Square Kilometre Array Pathfinder), GALEX (Galaxy Evolution Explorer), WISE (Wide-Field Infrared Survey Explorer) və Herschel teleskoplarının köməyi ilə aparıblar.