Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldırdı

Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldırdı

Rusiya Ermənistana satdığı təbii qazın qiymətini qaldırıb.Bu xəbər Ermənistanda çok effekti yaradıb.

 

Sfera.az xəbər verir ki, Rusiyanın Ermənistana satdığı qazın qiymətini birdən-birə min kubmetrə görə 150 dollardan 215 dollara qaldırıb. Erməni mətbuatı bunu Rusiyanın təzyiqi kimi qiymətləndirib. Xatırladaq ki, Rusiya ilə Ermənistan arasında bir müddətdir ki, soyuq küləklər əsir. Məhz bu səbəbdən Rusiyanın Ermənistana təsir etdiyi qaçılmazdır. Əvəzində Ermənistan son 5 gün ərzində Gümrüdəki 102-ci bazanın iki əsgərinin cinayət işini yekunlaşdıraraq onları həbsə göndərib. Ermənistanın Rusiyadan uzaqlaşmaq istəyi deyəsən puça çıxır. Artıq rəsmi Yerevan  Rusiyanın çaldığı havaya oynamağa məcburdur. Qaz məsələsi isə Ermənistanın ən çətin sınaq yeridir. Çünki rəsmi Yerevanın qaz məsələsində Rusiyadan başqa kiminlə anlaşması hal-hazırda mümkün deyil.

 


OXŞAR XƏBƏRLƏR