Azərbaycan neftinin qiyməti - MƏLUM OLDU

İqtisadiyyat
08:17 / 21.12.2018
3225
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 59,2 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,6 dollar/barel çoxdur.
Sfera.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 19-da 57,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 19-da 54,34 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,95 dollar/barel azdır.