Xəzərdə gəmi batdı - XİLASETMƏ İŞLƏRİ GEDİR

Xəzərdə  gəmi batdı - XİLASETMƏ İŞLƏRİ GEDİR
Xəzər dənizində İrana məxsus ticarət gəmisi zədə alıb və nəticədə batmağa başlayıb.

Sfera.az xəbər verir ki, "Yeniçağ.az"in xarici mediaya istinadən məlumatına görə, hazırda HHQ xilasetmə əməliyyatı aparır.

"İran ordusunun Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupları Şimal donanmasının dalğıcları ilə birgə gəminin heyət üzvlərini xilas etmək üçün hadisə yerinə cəlb olunub” – deyə İSNA agentliyi hərbçilərə istinadən məlumat verib.

Əldə olunan məlumata görə, gəminin gövdəsi bir neçə saat əvvəl deformasiyaya uğrayıb. Gəmi sonradan tədricən batmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR