Ermənistan ABŞ silahlarından imtina etdi

Ermənistan ABŞ silahlarından imtina etdi
"Hazırda Ermənistanın Amerika silahlarını almaq imkanı yoxdur”.
 
Bu barədə junalistlərlə söhbətində Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
 
"Bəli, Bolton Ermənistana gəldi və bizə təkliflər etdi. Bu sadəcə bəyanat idi. Konkret imkanlar və təklifləri biz burada gömürük”, deyə Paşinyan bildirib.
 
Xatırladaq ki, oktyabrda ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvna səfər etmişdi. Amerika rəsmisi Ermənistana ABŞ silahlarının alınmasını təklifi etsə də Paşinyan bundan imtina dərək Rusiya silahlarının onlar üçün əlverişli olduğunu demişdi. 

OXŞAR XƏBƏRLƏR