“Bank Respublika”nın KSM layihələri mükafat qazanıb

İqtisadiyyat
15:10 / 20.12.2018
2636
Dekabrın 19-da Azərbaycan Banklar Assosiasiyası (ABA) üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə "Bankçılıq Mükafatları-2018” adlı tədbir keçirmişdir.
Tədbirdə banklarının nümayəndələri, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş təşkilatlar iştirak edib.
Korporativ sosial məsuliyyət
Ən fəal təhsil dəstəkçisi
Ən fəal maliyyə savadlığı dəstəkçisi
İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü
Bankdan verilən məlumata əsasən Bank yeni ildə də "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.