\"Ukrayna yenə cəhd edəcək\" - Aleksandr Turçinov

\
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, hərbi gəmiləri yendən Kerçe boğazından keçirmək istəyirlər. Turçnov yenidən həmin hərəkətlərin təkrarı barədə verilən suala "yubanmaq olmaz” cavabını verib.
 
O əlavə edib ki, Ukrayna rəsmiləri ATƏT-in və digər beynəlxalq təşkilatların nümayəndələrini gəmilərin boğazı keçmələrini müşahidə etmək üçün dəvət edəcəklər. Onun sözlərinə görə hələ ki, rəsmi Kiyevin bu dəvətinə cavab verilməyib. Ancaq ümid edir ki, növbəti keçiddə nümayəndələr göndərilər.
 
Kremlin buna reaksiyası gecikməyib. Rusiya XİN-i Turçinovun sözlərini məsuliyyətsiz çıxış adlandırıb və gərinliyi daha da dərinləşdirməkdə ittiham edib. Xarici İşlər Naziri Sergey Lavrov br neçə gün əvvəl bəyan edib ki, Kiyev dekabrın sonlarında Rusiya ilə sərhədə hərbi provakasiyaya hazırlaşır. Xatırladaq ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin "Berdyansk”, "Nikopol” və "Yanı Kapu” gəmiləri Rusiya hərbiçiləri tərəfindən sərhədi keçdikləri ittihamıyla atəşə tutulmuşdu/
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR