ABŞ dollarla bağlı vacib qərar qəbul edib

ABŞ dollarla bağlı vacib qərar qəbul edib
ABŞ Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 0,25 faiz artırıb.
 

Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla da baza faiz dərəcəsi 2,25-2,50 səviyyəsində qərarlaşıb.
 
Qeyd edək ki, noyabrda ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini dəyişməz saxlamaq haqqında qərar qəbul etmişdi.
 
Xatırladaq ki, 2018-ci ilin əvvəlindən FED faiz dərəcəsini üç dəfə - martın 21-də 1,5-1,75 faiz, iyunun 13-də 1,75-2 faiz, sentyabrın 26-da isə 2-2,25 faiz səviyyəsinədək artırıb.
 

OXŞAR XƏBƏRLƏR