Artıq «Zolotaya Korona» pul köçürmələrini karta mədaxil etmək mümkündür!

İqtisadiyyat
13:45 / 19.12.2018
3308
Azərbaycanda "Zolotaya Korona” pul köçürmələrini etmək daha rahat olub. İndi bu servisin müştəriləri Android və iOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulmuş mobil tətbiq üzərindən beynəlxalq köçürməni bank kartına mədaxil edə bilər.
Layihə "Expressbank” ASC ilə birgə əməkdaşlıq çərçivəsində "Zolotaya Korona” tərəfindən həyata keçirilib.
Xaricdən Azərbaycana göndərilən pul köçürmələrini Visa və Mastercard beynəlxalq ödəniş sistemlərinin Azərbaycanın istənilən bankı tərəfindən emissiya edilmiş bank kartlarına mədaxil etmək mümkündür. Pul köçürmələrinin valyutası Azərbaycan manatıdır.
"Zolotaya Korona" ödəniş sistemi 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və Respublikanın 22 bankı, eləcə də dövlət müəssisəsi "Azərpoçt” ilə əməkdaşlıq edir. "Zolotaya Korona" beynəlxalq pul köçürmə xidmətləri Azərbaycanın bütün bölgələrində yerləşən 1500-dən artıq xidmət məntəqəsində təmsil olunur.
«Zolotaya Korona – Pul köçürmələri» servisi (КoronaPay brendi) "Zolotaya Korona” ödəniş servisləri sisteminin bir hissəsidir. Pul köçürmələri operatoru «Платежный Центр» (MMC), Novosibirsk, Kirov küçəsi, ev 86, dövlət qeydiyyat nömrəsi 1025400002968, Rusiya Federasiyasının Mərkəzi Bankının 14.04.2014 tarixli 3166-К saylı lisenziyası. Servis Bank hesabı açılmadan Avstriya, Azərbaycan, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Vyetnam, Almaniya, Yunanıstan, Gürcüstan, Misir, İsrail, İordaniya, İrlandiya, İspaniya, İtaliya, Qazaxstan, Kipr, Çin, Qırğızıstan, Latviya, Makedoniya, Moldova, Monqolustan, Nepal, Nigeriya, Niderland, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Tacikistan, Türkiyə, Özbəkistan, Fransa, Çernoqoriya, Çexiya, Estoniya və bir sıra digər ölkələrdə pul köçürmələri xidmətlərini göstərir. www.koronapay.com və Facebook.
"Expressbank" ASC Azərbaycanın 1989-cu ildə təsis edilmiş ilk kommersiya bankıdır. Bakıdan başqa, bankın filialları Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində fəaliyyət göstərir. Bankın qurğular şəbəkəsi təxminən 80 bankomat, 3,500 POS-terminal və 700-dən çox ExpressPay terminalını əhatə edir. "Expressbank” MasterCard Worldwide və Visa International beynəlxalq ödəmə sistemlərinin, həmçinin SWIFT beynəlxalq banklararası ödənişlər sisteminin üzvüdür. Daha ətraflı www.expressbank.az.