Türkiyə ABŞ-dan 3.5 milyard dollarlıq “Patriot” alır: Müqavilə bağlandı

Türkiyə  ABŞ-dan 3.5 milyard dollarlıq  “Patriot” alır: Müqavilə bağlandı
ABŞ Xarici işlər nazirliyi, 3.5 milyard dollar dəyərindəki "Patriot”  havadan müdafiə etmə sistemlərinin Türkiyəyə satışına qərar verib. Sfera.az xəbər verir ki, Pentaqon bu xəbəri təsdiqləyib.
 
 
80 MIM-104E  markalı, Patriot-3 (PAC-3) silahının satışı 2019-cu ildə həyata keçiriləcək. 
 
"Hava və mərmi təhdidləri ilə başqa hücumların qarşısını almaq qabiliyyətinə malik silah Türkiyə, NATO və Avropa qitəsində sülh və sabitliyi təmin edəcək." –deyə Pentaqondan bildirilib.


OXŞAR XƏBƏRLƏR