Azərbaycan nefti ucuzlaşıb
Cəmiyyət
16:55 / 15.08.2015
2066
Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,47 dollar yaxud 0,92% ucuzlaşıb.
Sfera.az xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,62 dollara bərabərdir.
Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 50,32, dünən isə 51,09 dollar/barel olub.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.