Şəmkirdə dostların qanlı davasının detalları


Şəmkirdə dostların qanlı davasının detalları

Şəmkirdə dostlar arasında ölümlə nəticələnən insidentin detalları məlum olub.

 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, rayon mərkəzində yerləşən kafelərdən birində gecə saat 01 radələrində istirahət edən Anar Süleymanov və Xudat Məmmədov arasında mübahisə yaşanıb, onlar bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.

 

Hadisə zamanı onları ayırmağa çalışan daha bir nəfər də bıçaq xəsarətləri alıb. Hər üç yaralı xəstəxanaya çatdırılıb. Bu zaman Anar Süleymanovun dünyasını dəyişdiyi məlum olub.

 

"Sözügedən kafedə onlar həmişə yığışır, çay süfrəsində otururlar. Bir-biriləri ilə yaxın münasibətləri olub. Aralarında nə problem yaşanıbsa, döyüşüblər", - deyə Şəmkir sakini söyləyib.

 

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, noyabrın 9-da 1986-cı və 1991-ci il təvəllüdlü iki nəfər bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərilərək Cərahiyyə şöbəsinə köçürülüblər.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Çak Norrisin anası 103 yaşında vəfat edib - FOTOLAR

Hollivud aktyoru Cak Norris bu gün “İnstaqram”da pərəstişkarları ilə kədərli xəbər paylaşıb. Sfera.az bildirir ki, məşhur ulduz anası Vilmanın ...

Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...

Dekabrın 3-də Sumqayıtda baş verən partlayış zamanı xəsarət alanlardan biri bu gün ölüb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, partla...

Məşhur ticarət mərkəzinin yaxınlığındakı yol sürücüləri çaşdırır -VİDEO

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.   Sfera.az xəbər verir ki, bu dəfə Qaradağ rayonunda yerləşən "Meyvəli...

“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Superliqasının XV turu çərçivəsində İstanbul derbisi baş tutub.   Sfera.az xəbər verir ki, “Beşiktaş” öz meydanında “Fənərb...

Lavrov Suriya qərarını elan etdi: Addımlar atacağıq!

Bu gün İran və Türkiyə ilə güclü çağırış etmək barədə razılığa gəldik və bu çağırışa əməl olunmasını təmin etmək üçün bəzi xüsusi addımlar atacağıq.   ...

Xərçəng riskini artıra bilən ən təhlükəli qızartma yağları

Qızartma üçün istifadə olunan bəzi yağlar yüksək temperaturda parçalanaraq toksik maddələr yarada bilir. Bu maddələr, xüsusilə uzun müddətli və təkrar istifadəd...