ABŞ-dan miqrantlara bəd xəbər

ABŞ-dan miqrantlara bəd xəbər

Son illər ərzində miqrasiya qanunlarının sərtləşdirilməsinə baxmayaraq ABŞ-a qaçaq yolla gedənlərin sayı kəskin artıb. Bunun qarşısını almaq üçün Trump hökuməti qaçqın kimi gələnlərin öz ölkələrində iş qurması üçün yardım edəcək.

 

Sfera.az xəbər verir ki, ABŞ hökumətə buna görə  Salvador, Qvatemala, Meksika və Honduras kimi ölkələrə iqtisadi vəziyyətin düzəldilməsi üçün  10,6 milyard dollarlıq yardım edəcək.

 

Həmçinin ABŞ hökuməti 2018-ci ildə bu ölkələrdən gələn miqrantların geri öz ölkələrinə göndərilməsi üçün tədbirlər görəcək.  Meksika və ABŞ arasındakı Birləşmiş İnkişaf Planı çərçivəsində, ABŞ Meksikaya  35,6 milyard dollar investisiya yatıracaq. ABŞ ölkə ərazisinə gələn miqrantların sayını azaltmaq üçün bundan sonra gələn miqrantların işçi kimi çalışmasının da qarşısına almağa çalışacaq.


OXŞAR XƏBƏRLƏR