Belçikada hökumət böhranı: Baş nazir istefa verdi
10:43 / 19.12.2018
2147
Belçikanın Baş naziri Charles Michel istefa verib. O istefa ərizəsini Belçikanın kralı Philippe təqdim etsə də, kral baş nazir Micheli tələsməməyə çağırıb.
Sfera.az xəbər verir ki, Michel hökumətini miqrasiya qanununda BMT-yə qarşı çıxması onun hökumətinin etimadının itirməsi ilə nəticələnmişdi.
Belçikada 2014-ci ildə keçrilən federal seçkilərdən sonra 138 gün davam edən görüşlərdən sonra Charles Michel başçılığı ilə mərkəz sağ koalisiya hökuməti qurulmuşdu. Belçikada may ayında federal seçkilərin keçrilməsi nəzərdə tutulur.