“BTB Kapital İnvestisiya şirkəti” ASC Bakı Fond Birjasında üzvlüyə qəbul edilmişdir

“BTB Kapital İnvestisiya şirkəti” ASC Bakı Fond Birjasında üzvlüyə qəbul edilmişdir
Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarlı ilə 17 dekabr 2018-ci il tarixindən etibarən "BTB Kapital İnvestisiya şirkəti” ASC üzvlüyə qəbul edilmişdir.

Məlumat üçün bildiririk ki, "BTB Kapital İnvestisiya şirkəti” ASC  Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 12 oktyabr 2018-ci il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün müddətsiz lisenziyaya malikdir.

Hazırda BFB-nin "BTB Kapital İnvestisiya şirkəti” ASC də daxil olmaqla 7 aktiv üzvü var.

BFB-nin üzvlərinin siyahısı və onlar barədə ətraflı məlumat BFB-nin internet saytının (www.bfb.az) üzvlər bölməsində yerləşdirilmişdir.
 

OXŞAR XƏBƏRLƏR