PAŞA Bankın dəstəyi ilə Priceless Specials loyallıq platformasının cari il üzrə nəticələri açıqlanıb

PAŞA Bankın dəstəyi ilə Priceless Specials loyallıq platformasının cari il üzrə nəticələri açıqlanıb
Dekabrın 13-də PAŞA Bank tərəfindən MasterCard Beynəlxalq Ödəniş Sisteminin dəstəyi ilə Priceless Specials loyallıq platformasının cari il üzrə nəticələrinə və "Paris Disneyland-ə səyahət” lotereyasının yekunlaşmasına həsr olunmuş təqdimat mərasimi həyata keçirildi. 

Təqdimatda Priceless Specials proqramı üzrə göstəricilərin artım dinamikası iştirakçıların diqqətinə çatdırıldı. Proqramın 70-dən çox tərəfdaşına, ticarət məntəqələrinin nümayəndələrinə mükafatlar təqdim edildi.

Mərasimin sonunda "Paris Disneyland-ə səyahət” lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi. Qeyd edək ki, bu lotereya 1 oktyabr 2018-ci il tarixdən 30 noyabr 2018-ci il tarixə kimi davam etmişdir və lotereyada Proqramın tərəfdaş ticarət məntəqələrində minimum 1 AZN olmaqla nağdsız ödəniş aparan MasterCard kartı sahibləri iştirak etmişdir.

MasterCard Priceless Specials proqramı ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi kimi strateji bir məqsədlə həyata keçirilir. Bu proqram beynəlxalq layihədir və Fransa, Almaniya, İtaliya və s. kimi dünyanın inkişaf etmiş qabaqcıl ölkələrində də aktiv şəkildə fəaliyyət göstərir. Azərbaycanda isə bu qlobal layihənin bank tərəfdaşı kimi PAŞA Bank çıxış edir və proqram üzrə POS proqram həllini təqdim edir. Buna görə də, proqram üzrə təklif olunan endirimlərdən faydalanmaq üçün prograqramın tərəfdaşı olan ticarət məntəqələrində PAŞA Bankın POS terminalları vasitəsi ilə MasterCard kartı ilə ödəniş etmək gərəklidir.
MasterCard Priceless layihəsinin tərəfdaşları günü-gündən artır və tərəfdaş ticarət məntəqələri haqqında
 
məlumatları //eu.mastercard.com/a/az/qiymetsiz/ saytı vasitəsi ilə əldə etmək mümkündür. 
 

OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...