“Bank BTB”dən müştərilərin işini asanlaşdıran “internet bankçılıq”!

“Bank BTB”dən müştərilərin işini asanlaşdıran “internet bankçılıq”!
"Bank BTB”nin müştərilərin bank xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə təqdim etdiyi "internet bankçılıq” xidməti rəqəmsal bankçılığın inkişafı istiqamətində atılan ən uğurlu addımlardan biridir.

"İnternet bankçılıq” Bankda hesab açan fərdi və korporativ müştərilərə banka gəlmədən hesab üzrə balansı yoxlamaq, kart hesabına pul mədaxili, hesablar üzrə ödənişlər və xarici valyuta köçürmələri həyata keçirmək, əməliyyatlar haqqında çıxarış əldə etmək, gələcək ödənişlər üzrə tapşırıqlar hazırlamaq imkanı verir. Həmçinin, "internet bankçılıq” vasitəsilə büdcə, eyni zamanda əmək haqqı və şirkətlərlə bağlanmış müqavilələr üzrə ödənişlər həyata keçirmək mümkündür.

"İnternet bankçılıq” xidmətinə qoşulmaq üçün müştəri bankın müvafiq xidmət nöqtəsinə müraciət etməli, müvafiq sənədləri və müqaviləni imzalamalıdır. Qəbul olunan müraciət əsasında xidmət aktivləşdirilir və müştəriyə xidmətdən istifadə üçün nəzərdə tutulmuş istifadəçi adı və şifrə təqdim olunur. Xidmət müştərilərə bank tərəfindən pulsuz təqdim edilir.

Müştərilərin "internet bankçılıq” xidməti ilə əməliyyat aparması üçün Bankın bu xidməti "Asan İmza” mobil elektron imza xidməti ilə də inteqrasiya edilib. Mobil elektron imzadan istifadə etməklə maliyyə əməliyyatlarını tez, asan və təhlükəsiz həyata keçirmək mümkündür.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.
 

OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...