«Private Banking müştəri ilə bank arasında etibara əsaslanan münasibət deməkdir»

İqtisadiyyat
13:00 / 17.12.2018
2804
Azərbaycanın aparıcı kommersiya bankı olan PAŞA Bank fiziki şəxslərə sindikat kreditlərinin təşkilində iştirak etmək imkanını yaratmaqla Private Banking müştəriləri üçün yeni investisiya alətini tətbiq edir.
Sfera.az bildirir ki, "Trend” agentliyi ilə müsahibəsində PASHA Private Banking bölməsinin rəhbəri Orxan Cabbarov bu xidmətin müştərilərə vəd etdiyi fayda vəPrivate Banking-la bağlı bankın gələcək planları haqqında bəhs etmişdir.
Zəhmət olmazsa, Azərbaycan bazarında yeni məhsul, fiziki şəxslərin iştirakı iləsindikat krediti haqqında bir qədər ətraflı məlumat verin.
Məlumdur ki, kreditvermə hazırda işgüzar dairələrin tələbatına cavab verən əsas bank məhsullarından biridir. Kreditlərin verilməsində banklar təqribən eyni yanaşmanı tətbiq edirlər və burada fərq əsasən maliyyə təsisatlarının riskləri idarəetmə siyasətindən irəli gəlir. Digər tərəfdən, hər bir ölkədə bazarı tənzimləyən qurumun prudensial tələblərindən də çox şey asılıdır.
Həcmi maliyyə təsisatı üçün müəyyən edilmiş limitləri aşan böyük kreditlərin verilməsinəgəldikdə isə bazar iştirakçısı prosesə digər vəsait təminatçılarını (bankları, maliyyətəsisatlarını və ya fiziki şəxsləri) cəlb edir. Beləliklə, maliyyə bazarının bir qrup iştirakçısı (sindikat) tərəfindən verilən kreditə sindikat krediti deyilir. Azərbaycanda sindikat kreditinin fiziki şəxslərin iştirakı ilə təşkili praktikasının yox səviyyəsində olmasına baxmayaraq, bankımızın Private Banking müştərilərinə bu imkanı yaratmaq qərarına gəldik.
Müştərilərimizə qoşulmaq üçün təklif etdiyimiz bütün əqdləşmələrin şəffaf olmasını xüsusilə qeyd etmək istərdim. Müştərilərimizi sindikatın kredit vermək niyyətində olduğu şirkətin (onun razılığı əsasında) maliyyə göstəriciləri ilə tanış etməyə hazırıq; müştərilərimizin isə bu məlumatı təftiş məqsədilə auditor kimi üçüncü tərəfə təqdim etmək hüququ var.
Belədirsə, sindikat kreditinin təşkilindən əldə edilən gəliri maddi vəsaitlərin depozit hesabında yerləşdirildiyi kimi portfel gəliri ilə müqayisə etmək olar?
Müştəri nöqteyi-nəzərindən depozit müştəriyə müəyyən gəlir gətirən əsas vəsaitlərdən biridir. Lakin xarici valyutada yerləşdirilən depozitlərdən danışdıqda hazırda onların illik faiz dərəcəsi 0.1-0.3%, ən yaxşı halda isə 0.5% təşkil edir. Eyni zamanda, korporativ müştərilərə xarici valyutada verilən kreditlər üzərində tətbiq edilən faiz dərəcəsi 5-6%, bəzən arabir hətta 8% olur. Bir sözlə, Private Banking müştərilərimizi sindikat kreditləşməyə cəlb etməklə onlara ənənəvi investisiya alətləri ilə müqayisədə daha yüksək gəlir əldə etmək imkanını yaradırıq.
Sindikat kreditlərini hansı faiz dərəcələri ilə verməyi planlaşdırırsınız?
Müştərilərinizə daha hansı məhsul və xidmətləri təklif etmək iqtidarındasınız?
Qısa və uzunmüddətli adi depozitlərlə yanaşı, müştərinin maraq və həvəsindən asılı olaraq bir-birindən risk səviyyəsi ilə fərqlənən üç növ investisiya portfelini təklif edirik. Məsələn, mühafizəkar və risklər baxımından yaxşı tarazlanmış, sabit gəlir gətirən portfelimiz var; riskdən qaçmayan müştərilərimiz üçün isə daha dinamik və bunun müqabilində daha yüksək investisiya gəliri təmin edən portfel nəzərdə tutulur.
Qərbin aparıcı bankları müştərilərinə incəsənət əşyalarına investisiya qoyuluşu, daşınmaz əmlakın alınması, övladları üçün ən münasib təhsil ocağının seçilməsi kimi xidmətlər göstərir. PAŞA Bankda bu qəbildən olan xidmətlər mövcuddurmu?
Əlbəttə. Hər şeydən əvvəl, Private Banking müştəri ilə bank arasında etibara əsaslanan vəuzunmüddətli münasibət deməkdir. Bu zaman bank olaraq əsas vəzifəmiz müştərini onun gündəlik həyat tərzini tam əhatə edən hərtərəfli xidmətlər çeşidi ilə təmin etməkdən ibarətdir.
Yaxın gələcəkdə müştərilərinizə hansı yeni məhsul və xidmət təkliflərini planlaşdırırsınız?
Bu ildən müştəri xidmətində illik üzvlük haqqına əsaslanan yeni yanaşmanı təklif edirik. Praktika ölkəmiz üçün yeni olsa da, müştərilərimiz tərəfindən bu yeniliyə marağın göstərilməsini artıq qeyd edə bilərik.
Private Banking xidmətləri sahəsində bir neçə dəfə beynəlxalq mükafatlarla təltif edilmə ona dəlalət edir ki, PAŞA Bank olaraq müştərinizin səciyyəvi xüsusiyyətlərinəyaxşı bələdsiniz. Müşahidələrinizə əsaslanaraq, Azərbaycanda fəaliyyət göstərdiyiniz bu seqmentdə müştəri prioritetləri son illər dəyişmişdirmi?
Bununla belə, yanaşmamızda olduqca mühafizəkarıq, yəni əmin olmadığımız vəiştirakımızın olmadığı məhsul, yaxud xidməti müştərilərimizə təklif etmirik. Yeni xidmət kimi deyil, bankımızın tamhüquqlu ortağı olmaq imkanı kimi təqdim etdiyimiz sindikat kreditinin təşkilində iştirak məhz bu yanaşmaya əsaslanır.