Səudiyyə Ərəbistanı ilə ABŞ arasında növbəti qalmaqal

Səudiyyə Ərəbistanı ilə ABŞ arasında növbəti qalmaqal
Səudiyyə Ərəbistanı ilə ABŞ arasında növbəti qalmaqal yaşanıb.
 
Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanı ölkənin varis şahzadəsi Məhəmməd bin Salman Əl-Səudun jurnalist Camal Qaşıqçının qətlində məsuliyyət daşıması ilə bağlı Amerika Senatının qətnaməsini rədd edib.
 
Bu barədə Səudiyyənin SPA agentliyi krallığın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib.
Bəyanatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı krallığı bu yaxınlarda Birləşmiş Ştatların Senatı tərəfindən açıqlanmış, əsassız iddialara və ittihamlara əsaslanan, krallığın daxili işlərinə kobud müdaxiləni özündə cəmləşdirən, bu ölkənin regional və beynəlxalq rolunu pozan mövqeyi rədd edir.
 
Bununla yanaşı, nazirlik krallığın Birləşmiş Ştatlarla münasibətlərin inkişafına sadiqliyini vurğulayıb. Krallıq Amerika Senatının mövqeyi ilə bağlı narahatlığını ifadə edib.
ABŞ Konqresinin Senatı ötən cümə axşamı ərəb jurnalist Camal Qaşıqçının qətlinə görə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudu məsuliyyətli bilən qətnamə qəbul edib.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...