Prezident öz ölkəsi üçün vətəndaşlıqdan imtina etdi

Prezident öz ölkəsi üçün vətəndaşlıqdan imtina etdi
İraq prezidenti Bərhəm Saleh Britaniya vətəndaşlığından imtina edib.
Dəftərxananın xəbərində göstərilir ki, İraqın bu yaxınlarda seçilmiş prezidenti Britaniya təbəəliyindən konstitusiyanın yüksək vəzifəli dövlət xadimlərinə başqa dövlətin vətəndaşlığına malik olmağı qadağan edən tələbi ilə əlaqədar imtina edib.
"O, əvvəlki rejimə (Səddam Hüseyn – red) qarşı müxalif fəaliyyəti dövründə ona vətəndaşlıq vermiş Birləşmiş Krallığa minnətdarlığını və ehtiramını ifadə edir", - deyə dəftərxananın xəbərində bildirilir.


OXŞAR XƏBƏRLƏR