Azərbaycan futbolunda biabırçılıq:Klub prezidenti hakimlərə hücum etdi
İdman
21:40 / 16.12.2018
3625
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ”a qarşı keçirilən ilk oyundan sonra "Keşlə” rəhbərliyi ilə hakimlər arasında gərginlik yaşanıb.
Matçdan sonra paytaxt klubunun prezidenti Zaur Axundovla "Keşlə”nin qapıçısı Kamran Ağayev hakimlər otağına daxil olublar. Halbuki, onların buna ixtiyarı yoxdur.
Böyük ehtimalla AFFA İntizam Komitəsinin qarşıdakı günlərdə keçiriləcək növbəti iclasında "Keşlə” bu hadisəyə görə cəzalanacaq.
"Qarabağ”ın 1:0 hesabıyla qalib gəldiyi bu oyunu gənc hakim Vüqar Həsənli idarə edib. (futbolinfo.az)