Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat
16:20 / 15.12.2018
7269
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 62,19 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,82 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 60,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,84 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 13-də 59,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel azdır.