Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti sosial şəbəkələrdən aktiv istifadə edən abunəçiləri maraqlı onlayn müsabiqədə iştirak edib dəyərli hədiyyə qazanmağa dəvət edir.

Dekabr ayının 14-də "Bakcell”in "Facebook” və "Instagram”dakı rəsmi səhifələrində start götürmüş müsabiqəyə qatılacaq abunəçilər simsiz Apple "AirPods” qulaqcıqları, Xiaomi "power bank” və ya 100 AZN dəyərində hədiyyə kartına sahib olmaq şansını qazanacaqlar.

Müsabiqədə iştirak etmək üçün abunəçilər "Bakcell”in "Instagram”dakı müvafiq postunu, "Facebook”da isə səhifəsini və müvafiq postunu bəyənib //bit.ly/daimonline linkində yerləşdirilmiş çərçivə ilə şelfi çəkməli və öz səhifəsində açıq şəkildə #DaimOnline heşteqi ilə paylaşmalıdır. Çərçivə Facebook proqramı vasitəsilə açılır.

Qeyd edək ki, müsabiqədə yalnız Bakcell abunəçiləri iştirak edə bilər. Bağlı və saxta (feyk) profillərdən paylaşılan şəkillər nəzərə alınmayacaq. Müsabiqə 25.12.2018 tarixində saat 23:59-da bitəcək və qaliblər random.org saytı vasitəsilə şərtlərə əməl etmiş iştirakçılar arasından seçilərək 26.12.2018 tarixində elan olunacaq.

Müsabiqə haqqında daha ətraflı məlumat "Bakcell”in rəsmi Facebook və Instagram səhifələrində yerləşdirilib.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından "Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.

Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti "Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası əhalinin bütün təbəqələrinin tələb və ehtiyacları nəzərə alınmaqla dünyanın aparıcı şirkətlərinin və yerli bazarın tələblərinə əsaslanır.


OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...