"UNEC Business English Conversation Club" iştirakçıları AccessBank-ı gələcək iş yeri kimi görür

AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birgə reallaşdırdığı "UNEC Business English Conversation Club" layihəsinin növbəti sessiyası keçirilib. İngilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihənin budəfəki qonağı Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) icraçı direktoru Əli Bayramov olub.

Tələbələr qarşısında təqdimatla çıxış edən qonaq öz təcrübəsindən danışıb. Onun sözlərinə görə, ingilis dilinin dərinliklərini öyrənmək zamanın tələbidir: "Hər bir layihə iştirakçısının seçdiyi peşə ingilis dilinin biznes istiqamətinin öyrənilməsini zəruri edir. Təbii ki, hər biriniz AccessBank-ın yaratdığı gözəl fürsətdən maksimum faydalanmalı və biliyinizi artırmalısınız".

Əli Bayramov və tələbələr arasında həm də peşə seçimi ilə bağlı ciddi fikir mübadiləsi aparıldı. Belə ki, bəzi tələbələr bir neçə peşə arasında seçim etməkdə çətinlik çəkdiklərini bildirdilər. Məsələn, bəziləri belə bir dilemma ilə üzləşib: audit və ya marketinq? Sevindiricidir ki, tələbələrin bir çoxu gələcək iş yeri kimi AccessBank-ı görür. ARPA rəsmisi layihə iştirakçılarına bu cür cavab verdi: "Hər kəs sevdiyi və ən yaxşı bacardığı işlə məşğul olmalıdır. Mən də vaxtilə belə bir dilemma qarşısında idim və bu təbiidir. Siz eyni zamanda marketinqi və auditi sevə bilərsiniz, lakin hansısa sahəni daha çox sevirsiniz və bunu özünüzə etiraf edin. Ürəyinizin səsinə qulaq asın! Çünki siz yaxşı bacardığınız işlə sevə-sevə məşğul olanda bundan həm siz, həm də sizin gələcək işəgötürəniniz, o cümlədən AccessBank qazanacaq".

Bundan başqa, Əli Bayramov tələbələrlə iş yerində fərdi qaydada görüşməyi və onlara peşə seçimində dəstək olmağı da təklif etdi. Təklif layihə iştirakçıları tərəfindən alqışla qarşılandı.

ARPA-nın icraçı direktoru tələbələrə dönə-dönə vaxtlarını hədər yerə sərf etməməyi, sosial şəbəkələrdən daha çox yeni və faydalı informasiyaların əldə olunması üçün istifadə etmələrini tövsiyə etdi.


 

OXŞAR XƏBƏRLƏR

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...