Türk ordusu döyüşə hazır vəziyyətinə gətirildi

Dünya
17:50 / 13.12.2018
2766
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün içərisində Suriyanın şimalındakı terror təşkilatı PKK / YPG-ya qarşı əməliyyatlara başlamaq göstərişinin verməsi TÜrkiyə Silahlı Qüvvələrini hərəkətə gətirib.
Sfera.az xəbər verir ki, artıq türk ordusu Suriya tərəfində müşahidə nöqtələri qurmağa başlayıb. Dünəndən türk ordusu döyüşə hazır vəziyyətə gətirilib.
Artıq Türkiyə Silahlı Qüvvələrinin hərbi texnikası Suriya ərazisindəki hədəf nöqtələrin yaxınlığına yerləşdirilib.